Yığmamız İrlandiyaya yenə uduzdu
27.02.2015 - 21:02
Yığmamız İrlandiyaya yenə uduzdu

İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız yenidən sözügedən ölkənin U-19 yığması ilə qarşılaşıb.

 

Matçda millimiz yenə uduzub. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, ilk görüşündə İrlandiya ilə üz-üzə gələn komandanız darmadağın olmuşdu - 6:0.

 

 

27 fevral

Yoxlama oyunu

İrlandiya (U-19) - Azərbaycan (U-19) - 2:0

Qollar: Rtan Manninq, 26-pen, Jack Hallahan, 33 

0