[b]Prosineçki üçün 6 dəqiqəlik Cavadov[/b]
28.02.2015 - 00:07
[b]Prosineçki üçün 6 dəqiqəlik Cavadov[/b]

Türkiyə çempionatının I liqasında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış oyununda “Boluspor” “Bucaspor”u qəbul edib.

 

Azərbaycan millisinin Antalyadakı toplanışından sonra Türkiyədə qalan yığmamızın baş məşqçisi Robert Prosineçki də görüşü izləyənlər sırasında olub. Lakin onun Bolu təmsilçisində çıxış edən futbolçumuz Vaqif Cavadovu iş başında seyr etmək istəyi tam reallaşmayıb. Çünki təmsilçimiz yalnız 85-ci dəqiqədə meydana daxil olub. Cavadovu 6 dəqiqə meydanda görən Prosineçkinin şahid olduğu görüş 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri iki dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

 

Qeyd edək ki, 22 matçda 28 xal toplayan “Boluspor” 9-cu pillədə qərarlaşıb.

0