[b]"Qarabağ"dan gözlənilməz məğlubiyyət, "Xəzər Lənkəran"dan ilk qələbə [/b] - YENİLƏNİB
28.02.2015 - 18:55
[b]"Qarabağ"dan gözlənilməz məğlubiyyət, "Xəzər Lənkəran"dan ilk qələbə [/b] - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandanın təlim-məşq toplanışı səbəbindən 9 günlük fasilədən sonra baş tutan tura "İnter Arena"da start verilib.

 

Günün ilk qarşılaşmasında "qardaş" komandalar hesab edilən "İnter"lə "Simurq" münasibətlərinə aydınlıq gətiriblər. Ötən illərdən fərqli, Zaqatala təmsilçisi bu mövsüm "böyük qardaş"ına təslim olmasa da, bu dəfə tilsim qırılıb və bakılılar vacib olan 3 xalı qazanıblar.

 

Çempionluq ümidi get-gedə tükənən "Neftçi" isə özünə yaxınlığı ilə tanınan "Sumqayıt"ın qonağı olub. “Ağ-qaralar” səfərdə çətinliklə də olsa, rəqibin müqavimətini qırıblar. Onlar qələbə topunu matçın başa çatmasına 7 dəqiqə qalmış vuraraq, ilk "üçlük"dəki mövqeyini riskə atmayıblar.

 

Turun ən maraqlı diqqətçəkən oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Çempionluq yolunda inamla irəliləyən "Qarabağ" qeyri-stabil mövsüm keçirən "Qəbələ"ni sınağa çəkib. Matç gözlənilməz nəticə ilə başa çatıb. Qonaqlar hava-su kimi lazım olan qələbəyə seviniblər.

 

Bu mövsümlə bağlı heç bir iddiası olmayan "Bakı" isə Lənkərana səfər edib. Qış fasiləsindən sonra gəncləşən "Xəzər Lənkəran" bu matçda Elbrus Məmmədovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

 

Beləliklə, AZAL-ın istirahət etdiyi turda turnir cədvəlində ciddi dəyişiklik baş verməyib. “İnter”lə “Neftçi” “Qarabağ”la xal fərqini azaltdığı halda, yalnız “Qəbələ” 1 pillə irəliləyib. Əyalət təmsilçisi AZAL-ı qabaqlayaraq, 5-ci yerə yüksəlib.

 

 

Topaz Premyer Liqası

XXIV tur

28 fevral

"Xəzər Lənkəran" - "Bakı" - 2:1
QOLLAR: Ramazanov, 9; 79 - Novruzov, 42
QIRMIZI VƏRƏQƏ: Ramazanov, 90+1 - Pelagias 90+3
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov

"Xəzər Lənkəran" mərkəzi stadionu

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 63. Alfred Sankoh, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov,
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 8. Elşən  Rzazadə, 11. Nurxan Mənsimzadə, 34. Elnur İsmayılov, 96. Anar Babazadə, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 11. Tural Qürbətov, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 28. Ülvi Quliyev
Baş məşqçi: İbrahim Uzunca

 

"İnter" - "Simurq" - 2:1
QOLLAR: Sxadadze, 18, Məmmədov, 79 - Stanoyeviç, 87
QIRMIZI VƏRƏQƏ: Stanoyeviç, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

Bakı. "İnter Arena"

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 11. Asif Məmmədov, 15. Yohan Bokonyano, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken  
Baş məşqçi: Kaxaber Sxadadze

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 22. Cihan Özkara, 81. Nicat Muxtarov
Baş məşqçi: George Çixradze

 

"Sumqayıt" - "Neftçi" - 0:1
QOL: Kanales, 83
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov

Sumqayıt. "Kapital Bank Arena"
“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 11. Şahin Əliyev, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 76. Uğur Pamuk
Baş məşqçi: Aqil Məmmədov

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov

 

 

"Qarabağ" - "Qəbələ" - 0:1

QOL: Ələsgərov (öz qapısına), 44
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

Tofiq Bəhramov adına Respublika stadionu


“Qarabağ”: 13. İbrahim Şehiç , 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov (k), 16. Ruslan Tağızadə, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 20. Rikardinyo, 32. Mixail Sivakov, 99. Tellur Mütəllimov

 

 

Turnir cədvəli

1

Qarabağ

21

14

4

3

36-19

46

2

İnter

21

10

10

1

35-10

40

3

Neftçi

22

11

6

5

27-16

39

4

Simurq

22

8

5

9

31-26

29

5

Qəbələ

22

7

7

8

26-31

28

6

AZAL

21

6

7

8

22-29

25

7

Xəzər Lənkəran

21

6

5

10

26-30

23

8

Sumqayıt

21

4

7

10

20-29

19

9

Bakı

21

2

5

14

15-48

11

 

 

 

 

 

 

 

 

0