[b]Amerikalı ulduz: Onu sevməsəydim, Bakıya gəlməzdim[/b]
28.02.2015 - 10:23
[b]Amerikalı ulduz: Onu sevməsəydim, Bakıya gəlməzdim[/b]

“Voleybolçu olmasaydım, müəllim olmaq istəyərdim. Karyeramı bitirdikdən sonra da bu işlə məşğul ola bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Karli Lloyd deyib.

 

26 yaşlı ulduz Azərbaycana gəlişi və ölkəmiz haqda danışıb. Səbirli olmayan və daima bu zəif cəhətinin üzərində çalışdığını deyən Lloyd bildirib ki, əvvəl çıxış etdiyi klublarla müqayisədə “Lokomotiv”də daha rahatdı: “İndiyədək çıxış etdiyim komandalarla müqayisədə bura fərqlidi. “Lokomotiv”də klub prezidenti ilə çox vaxt keçiririk. O, bizə çox yaxındı. Əvvəllər mən bu qədər dəstək almırdım. Prezidentimiz cavandı, lakin oyuna çox ehtiraslı münasibət nümayiş etdirir və bizə kömək etməyə də çalışır. Bu əladı. Bakıda isə məni hər şey qane edir. Burada bu qədər fəvvarə və işıqlar görməyi heç gözləməzdim”.  

 

Amerikalı legioner “Lokomotiv”in ən yaxşısı olmaq arzusundadı: “Mən çox ehtiraslı bir insanam. Voleybolu sevməsəydim, Bakıya gəlməzdim. Çünki bura mənim evimdən və ailəmdən çox uzaqdı. Klubun ən yaxşı oyunçusu olmaq üçün mən əlimdən gələni edirəm. İnsanlarda isə səmimiyyəti çox yüksək qiymətləndirirəm”.

0