[b]Azərbaycan çempionatının bu gün keçirilməli olan turu təxirə düşdü[/b]
28.02.2015 - 12:02
[b]Azərbaycan çempionatının bu gün keçirilməli olan turu təxirə düşdü[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatının XIV turu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilməli olan qarşılaşmalar martın 7-nə təyin edilib.

 

Turun təxirə salınmasına böyüklərdən və gənclərdən ibarət milli komandalarımızın Gürcüstanda təlim-məşq toplanışı keçməsi səbəb olub.

 

Qeyd edək ki, martın 7-də “Qala” “Dərviş”i (saat 12:00), “Araz-Naxçıvan” “NTD”ni (13:30), “Bakı” AzTOP-u (15:00) və BDU “Baku Oilers”i (16:30) sınağa çəkəcək.

0