“Rabitə” Bakıdan ayrılır
28.02.2015 - 12:48
“Rabitə” Bakıdan ayrılır

Azərbaycan çempionu “Rabitə” sabah Bakını tərk edəcək. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin rəhbərlik etdiyi komanda Fransanın Aqde şəhərinə yollanacaq.

 

Səfərdə məqsəd “Rabitə”nin CEV kubokunun “Çelenc raund”u çərçivəsində “Beziers” klubu ilə oyunudu. Avrokubokda yeganə təmsilçimiz martın 3-də bu komandanın qonağı olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşma Aqdedə İdman Sarayında keçiriləcək.

 

Qeyd edək ki, komandalar arasında cavab matçını martın 12-də Bakıda, “Sərhədçi” Olimpiya Mərkəzində olacaq.

0