George Çixradze “İnter”ə uduzmalarının səbəbini açıqladı
28.02.2015 - 17:38
George Çixradze “İnter”ə uduzmalarının səbəbini açıqladı

“Oyun çox çətin keçdi. Hücumlara atılırdıq, amma çox təəssüf, bu məntiqli sonucla nəticələnmirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi George Çixradze Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “İnter”lə oyundan sonra deyib.

 

O, 1:2 hesablı məğlubiyyətə səbəb kimi səhvlərini göstərib: “Müdafiədə kobud səhvlər buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi. Səhvlərin üzərində çalışmalıyıq”.

Mənbə: pfl.az

0