[b]“Ağabala Ramazanov onda günah olmadığını desə də...” [/b]- baş məşqçi
28.02.2015 - 20:50
[b]“Ağabala Ramazanov onda günah olmadığını desə də...” [/b]- baş məşqçi

Topaz Premyer Liqasının XXIV turunda öz meydanında "Bakı"nı 2:1 hesabı ilə məğlub edən "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov oyunla bağlı fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Məmmədov komandasında çatışmazlıqlar olsa da, vəzifələrinin öhdəsindən gəldiklərini deyib: "Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıqlar var idi, buna baxmayaraq, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Müdafiəçilər ilk hissədə bir qədər inamsız çıxış etdilər. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov onda günah olmadığını desə də, epizoda baxıldıqdan sonra qərar veriləcək".

 

0