[b]"Hakim öz işini gördü" [/b]- MÜSAHİBƏ
28.02.2015 - 21:09
[b]"Hakim öz işini gördü" [/b]- MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzan “Simurq” klubunun yarımmüdafiəçisi Marko Stanoyeviç oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin olacağını bilirdik. Çünki “İnter” yaxşı komandadı. Rəqib birinci hissədə erkən qol vurdu. İkinci hissədə də bunu təkrarladılar. Yenə qol vurdular. Biz isə şanslarımızı reallaşdıra bilmədik. Cəmi bir qol vurduq. Yaxşı hazırlaşdığımız oyundan məğlub ayrıldıq. Uğursuz alındı. Hər dəfə uduzmaq həqiqətən də yaxşı hal deyil. Bizdə alınmadı. Özgə nə deyim?

 

- Məqsədinizə çatmağınıza kim və ya nə mane oldu?

- Rəqib güclüdü. Onlar pressinq etməklə bizim ötürmələrdən yararlanmağımıza imkan vermədilər. Meydanın bütün hissələrini bağlamışdılar. Buna baxmayaraq, şans yaratdıq, amma istifadə edə bilmədik.

 

- Qol vurdunuz, rəqib oyuna başlayan kimi qırmızı vərəqə aldınız. Niyə belə etdiniz?

- Ona görə belə alındı ki, hakim ikinci sarı vərəqəni göstərmək qərarına gəldi. Bu da avtomatik qırmızı demək idi.

 

- Həmin epizodda rəqibi, həm də meydanın mərkəzində niyə vurdunuz?

- Açığı, rəqibi vurmaq istəmirdim. Topu götürən zaman cüzi də rəqibə toxundum. Hakim də sarı vərəqə göstərdi. Elə bildi bunu qəsdən etmişəm. Amma rəqibə qarşı kobud oynamamışdım.

 

- Referi qərarında haqlı idi?

- Onun qərarına şərh verməyəcəm. Artıq hakim öz işini gördü. Bundan sonra nə dəyişəcək ki?

 

- Son 3 turda cəmi 1 xal qazandınız. Bunu nə ilə izah edərdiniz?

- Niyə qələbə qazandığımız oyunlar haqda soruşmursunuz?

 

- Həmin oyunlar arxada qalıb. Avropa Liqasına yollanmaq istəyən komanda mümkün qədər az xal itkisinə yol verməlidi...

- Komanda oyun planında axsamır. Sadəcə, yaratdığımız epizodları dəyərləndirə bilmirik. “Sumqayıt”la qarşılaşmada çoxlu şansımız oldu, amma qol vura bilmədik. Bu gün də elə oldu. Təbii ki, rəqibdən çox qol vurmayanda qələbə də qazana bilmirsən.

 

0