Cavid İmamverdiyevlə Ufuk Budak sonadək mübarizə apardı
01.03.2015 - 21:05
Cavid İmamverdiyevlə Ufuk Budak sonadək mübarizə apardı

Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" doğma azarkeşləri önündə yığmamızın müdafiəçisi Ufuk Budakın formasınını geyindiyi "Qaziantep BB" qarşılaşıb.

 

Görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib – 0:1

 

Hər iki futbolçumuz meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

 

Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 11-ci, "Qaziantep BB" isə 26 xalla 13-cü sırada yer alır.

0