[b]“Çelsi” mövsümün ilk tituluna yiyələndi[/b]
01.03.2015 - 22:03
Bu gün İngiltərə Liqa kubokunda final görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, finalda "Çelsi" ilə "Tottenhem" üz-üzə gəlib.
"Uembli" stadionunda baş tutan matçda “zadəganlar” 2:0 hesabı ilə qalib gələrək, mövsümün ilk titulunu qazanıb.
Qeyd edək ki, bu, “Çelsi”nin aktivində 5-ci liqa kuboku olub. Joze Mourinyonun yetirmələri sonuncu dəfə 2007-ci ilə bu mükafata yiyələnib.
İngiltərə Liqa kuboku
Final
1 mart
“Çelsi” – “Tottenhem” – 2:0
Qollar: Con Terri, 45, Kayl Ualker, 56-avtoqol
London. "Uembli" stadionu
0
0