Amit Quluzadənin adı yenə matçın iştirak ərizəsinə salınmadı
02.03.2015 - 01:39
Amit Quluzadənin adı yenə matçın iştirak ərizəsinə salınmadı

Portuqaliya çempionatının II Liqasında (Segunda Liga) XXXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq futbolçusu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" evdə “Braqa B” ilə qarşılaşaıb.

 

Matçda qalib bəlli olmayıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Quluzadənin adı bu dəfə də matçın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, "Atletiko" hazırda 31 xalla 19-cu pillədə yer aılır.

0