Ruslan Qurbanov oynamadı, komandası xal itirdi
02.03.2015 - 01:44
Ruslan Qurbanov oynamadı, komandası xal itirdi

Xorvatiya çempionatında XXII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ruslan Qurbanovun formasını geyindiyi "Hayduk" doğma publika önündə "Zadar"la üz-üzə gəlib.

 

Matç 2:2 hesabı ilə yekunlaşıb. “Neftçi”nin sabiq oyunçusunun adı matçın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Hayduk" hazırda 33 xalla 4-cü pillədə qərarlaşıb.

0