[b]Azərbaycan kuboku: 1/4 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşdi[/b]
02.03.2015 - 10:08
[b]Azərbaycan kuboku: 1/4 final mərhələsinin oyunlarının vaxtı dəqiqləşdi[/b]

Martın 4-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, matçların başlama saatı artıq açıqlanıb.

 

Mərhələnin 3 oyunu saat 17:00-da başlayacaq. Paytaxt derbisində “Neftçi” AZAL-ı qəbul edəcək. Eyni vaxtda “İnter” – “Xəzər Lənkəran” və “Qarabağ” – “Bakı” görüşləri də başlayacaq. Bu qarşılaşmalar başa çatdıqdan dərhal sonra, yəni 19:00-da “Simurq” “Qəbələ”nin qonağı olacaq.

 

Qeyd edək ki, “Neftçi” – AZAL və “Qəbələ” – “Simurq” oyunları “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

 

4 mart (çərşənbə)

17:00. “Neftçi” – AZAL
“Bakcell Arena” 

17:00. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”

17:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu

0