Premyer Liqanın bombardirinin durumuna aydınlıq gəldi
02.03.2015 - 10:39
Premyer Liqanın bombardirinin durumuna aydınlıq gəldi

Topaz Premyer Liqasının autsayderi “Bakı” “Xəzər Lənkəran”la XXIV tur matçında ikiqat zərbə alıb. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” məğlub olmaqla yanaşı, aparıcı hücumçusu Nurlan Novruzovun da zədələnməsinə üzülüb.

 

Komandasının görüşdəki yeganə qolunun müəllifi olan Novruzov 90 dəqiqə meydanda olsa da, futbolçunun zədələndiyi açıqlanıb. Lakin klubdan saytımıza verilən məlumata görə, 22 yaşlı forvardın zədəsi ciddi deyil. Məşqçilər korpusu martın 4-də ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la görüşdə onun xidmətindən məhrum olacaq. Buna səbəb oyunçunun əvvəlki mərhələdə qırmızı vərəqə alıb cəzalı duruma düşməsidi. Amma Nurlan Premyer Liqanın XXV turunda AZAL-la matçda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, Nurlan Novruzov bu mövsüm vurduğu 11 qolla bombardirlər yarışına başçılıq edir.

0