[b]Azərbaycanın borqları...[/b]
02.03.2015 - 12:28
[b]Azərbaycanın borqları...[/b]

Bu günlərdə Farer adalarının əfsanəsi Yakub Borq diqqət mərkəzinə düşdü. UEFA ölkə çempionatında 20-ci mövsümünü keçirən 36 yaşlı hücumçunun unikal göstəricisinə xüsusi önəm vermişdi. Apasport.az saytı Azərbaycan çempionatlarının analoji göstəricilərini müəyyənləşdirib.

 

Araşdırmalara əsasən, 1996-2003 və 2008-dən indiyədəK B36, 2004-08-ci illərdə isə “Torshavn”da oynayan, qısa legioner karyerası isə Danimarkadakı 1 matçdan ibarət olan Borq kimilərdən ölkəmizdə heç də az olmayıb. Premyer Liqamızın rekordçusu isə Yakubu da arxada qoyub.

 

Belə ki, Azər Məmmədov Azərbaycan çempionatlarında 21 mövsüm keçirib. Millimizin sabiq müdafiəçisi “Kəpəz”, “Xəzri”, MOİK, “Şəmkir”, “Turan”, “Qarabağ” və “Qəbələ”də çıxış edib. Arxa xətt oyunçusu 1992 mövsümündən başladığı yolu 2012/13-də başa çatdırıb. 2002/03 mövsümünün keçirilməməyi isə onun rekordunun daha da böyük olmasına mane olub.

 

Mahmud Qurbanovun hesabında isə Borq qədər – 20 mövsüm var. Aqil Məmmədov, Aslan Kərimov, Rauf Mehdiyev və Kənan Kərimov isə 19 mövsümün iştirakçısıdı. Karyerasını davam etdirməkdə olan Cahangir Həsənzadə üçün cari çempionat 19-cudu. 36 yaşlı qolkiper növbəti mövsüm Premyer Liqada çıxış etsə, Borqa çatacaq.

 

17 mövsümün iştirakçısı olanların sayı isə çoxdu. Xaqani Məmmədov, İlham Yadullayev, İsmayıl Məmmədov, Ədəhim Niftəliyev, Elşən Poladov, Hüseyn Məhəmmədov və Vasif Haqverdiyevin “20”yə çatmasına 3 çempionat çatmır.

 

Premyer Liqamızda ən çox mövsüm keçirən legionerlər isə Aleksandr Çertoqanovla Vladimir Levindi. Hazırda davam edən çempionat onların hər ikisi üçün 11-cidi. 

0