Norveç – Azərbaycan oyununun stadionu müəyyənləşdi
02.03.2015 - 13:35
Norveç – Azərbaycan oyununun stadionu müəyyənləşdi

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi növbəti səfər matçının məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyunun 12-də Norveçə qarşı keçiriləcək qarşılaşma “Ullevol” stadionunda baş tutacaq.

 

Paytaxt Oslodakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Norveçlilər seçmə mərhələnin bu il baş tutacaq 4 ev görüşünün hamısını bu arenada oynamağa qərar verib.

 

Qeyd edək ki, 1925-ci ildə inşa olunan “Ullevol” stadionu 25572 tamaşaçı tutumuna malikdi.

0