“İndi də “İnter”in çempionluq şansları müzakirə olunur” – “Qarabağ”ın futbolçusu
02.03.2015 - 13:59
“İndi də “İnter”in çempionluq şansları müzakirə olunur” – “Qarabağ”ın futbolçusu

“Qəbələ”ni təbrik etmək lazımdı. Çünki çox yaxşı mübarizə apardı və qələbə qazandı”. Bu sözəri apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.

 

Makedoniyalı futbolçu “Qəbələ”yə məğlubiyyətin səbəbi kimi, birinci hissədəki zəif çıxışı göstərib: “Həqiqətən də, ilk hissəni çox pis keçirdik. Amma rəqibin qol epizodunda da top bizim futbolçuya dəyib qapıya daxil olmuşdu. İkinci hissədə çox yaxşı oynadıq, kifayət qədər qol imkanları əldə etdik. Gərək bu şanslardan yararlanasan. Qarşıda hələ çox oyunlarımız var. İnanıram ki, növbəti matçlarda bunu sığortalayarıq”.

 

27 yaşlı oyunçu çempionluq şanslarını da dəyərləndirib: “Qəbələ” ilə oyuna qədər ən yaxın rəqibimizdən 9 xal öndə idik və çoxları bizi çempion elan edirdi. Amma indi fərq 6 xala enib. Artıq “İnter”in də çempionluq şansları müzakirə olunur. “İnter”lə də qarşıda iki oyunumuz var. Bu səbəbdən çempionluq barədə danışmaq doğru olmaz. Bütün oyunlara tək-tək hazırlaşmaq lazımdı. Biz indi mövsümün sonunu yox, qarşıdakı oyunu düşünürük”.

0