“Barselona” futbolçusunun transfer qiymətini açıqladı
02.03.2015 - 15:34
“Barselona” futbolçusunun transfer qiymətini açıqladı

“Barselona” rəhbərliyi mövsümün sonunda Pedro Rodrigeslə yolları ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunda əsas heyətə nadir hallarda düşən 28 yaşlı futbolçu durumundan narazıdı.

 

Klub rəhbərliyi də Pedronu saxlamaq haqda düşünmür. İspanlar sözügedən yarımmüdafiəçini 30 milyon avro qarşılığında satmağa hazırdılar. Pedronun İngiltərəyə köçəcəyi daha inandırıcı görünür. Onun xidmətində “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” klubları maraqlıdı.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro 2008-ci ildən əsas komandada çıxış edir. O, La Liqanın cari mövsümündə 24 oyunda 5 qola imza atıb. 

0