Millimiz 2 yoxlama oyunu keçirəcək
02.03.2015 - 16:37
Millimiz  2 yoxlama oyunu keçirəcək

“Bu gün axşam oteldə toplaşacağıq. Məşqlərimizi hansı stadionda keçirəcəyimiz isə hələ dəqiqləşməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında 17 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Mirbağır İsayev deyib.

 

Bu ay Avro-2015-in elit-raund mərhələsinin oyunlarına çıxacaq millimiz  sabahdan etibarən məşqlərə start verəcək. İsayevin sözlərinə görə, U-17 toplanış çərçivəsində təkcə məşqlərlə kifayətlənməyəcək. Hazırlıq müddətində yoxlama görüşlərinin keçirilməsi də nəzərdə tutulub: “Məşqlərlə yanaşı, yoxlama oyunlarında da uşaqları sınayacağıq. Planımızda iki görüş keçirmək var. Hər iki oyunda rəqibimiz I Divizion təmsilçisi olacaq. Amma hansı komandalarla qarşılaşacağımız hələlik bəlli deyil. Onu da deyim ki, ilk oyun martın 6-da, ikinci görüş isə 9-da keçiriləcək”.

 

Qeyd edək ki, elit-raund mərhələsinin 2-ci qrupunun bütün oyunları Azərbaycanda keçiriləcək. Mübarizəyə martın 17-də başlayacaq millimiz ilk sınaqda Xorvatiya ilə üz-üzə gələcək. İkinci görüş martın 19-da Portuqaliya, üçüncü matç isə ayın 22-də Serbiya yığmasına qarşı olacaq. Komandamız hər üç oyununu “Baksell Arena”da keçirəcək.

 

0