Azərbaycana köçəcəyi gözlənilən futbolçu “davam” dedi - FOTO
02.03.2015 - 17:54
Azərbaycana köçəcəyi gözlənilən futbolçu “davam” dedi - FOTO

Qış “transfer pəncərəsi”ndə Azərbaycana köçəcəyi gözlənilən Aleksandr Əliyev karyerasını bitirmək haqda düşünmür. Apasport.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, klubsuz qalan yarımmüdafiəçi butslarını mismardan asmaq fikrindən uzaqdı.

 

Bununla bağlı açıqlama verən Əliyev sərfəli təklif gözlədiyini bildirib: “Hazırda Kiyevdəyəm. Fərdi məşq edirəm. Qaçıram, formamı qorumağa çalışıram. 30 yaşım var. Bu yaşda karyeramı bitirmək ağlımdan belə, keçməyib. Ölkə xaricindən mənimlə maraqlananlar var. Sərfəli təklifə “hə” deməyi planlaşdırıram”.

 

Türkiyə klublarının da maraq dairəsində olan Əliyevin adı həmçinin “Qarabağ”la birgə hallanırdı.

 

Qeyd edək ki, karyerasının böyük hissəsini Kiyev “Dinamo”sunda keçirən Aleksandr Əliyevin son klubu “Anji” olub. 

0