[b]Ruslan Qurbanov: Növbəti oyunda əsas heyətdə olacam[/b]
02.03.2015 - 18:28
[b]Ruslan Qurbanov: Növbəti oyunda əsas heyətdə olacam[/b]

“Burda hər şey ürəyimcədi. Məşqlərimi intensiv şəkildə davam etdirirəm. Qarşıdan kubok görüşü gəlir. Bütün diqqətimizi bu oyuna yönəltmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında Xorvatiyanın “Hayduk” klubunun futbolçusu Ruslan Qurbanov deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində ikinci liqa təmsilçisi “Vinoqradar”la qarşılaşacaq Split təmsilçisinin mərhələni asanlıqla adlayacağı gözlənilir. Qurbanovun bu matça ilk “11-lik”də çıxmaq ehtimalı böyükdü: “Məşqçinin mənə olan münasibətindən belə başa düşürəm ki, həmin görüşə əsas heyətdə çıxacam. Mənə inamı böyükdü”.

 

Qurbanovun sözlərinə görə, “Hayduk” hər iki “cəbhədə” iddialıdı: “Bizim üçün həm kubok önəmlidi, həm də çempionat. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Mövsümü major notlarla bitirəcəyimizə əminəm”.

 

Qeyd edək ki, “Hayduk” Xorvatiya çempionatında 23 turdan sonra 33 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

0