“Neftçi” – AZAL oyunu canlı yayımlanacaq
02.03.2015 - 20:26
“Neftçi” – AZAL oyunu canlı yayımlanacaq

AZAL Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində martın 4-də “Neftçi” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.

 

Görüş “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

0