“Xəzər Lənkəran” paytaxtda məşqlərə başladı
02.03.2015 - 21:07
“Xəzər Lənkəran” paytaxtda məşqlərə başladı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində martın 4-də səfərdə “İnter”lə üz-üzə gələcək “Xəzər Lənkəran” hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, komanda bu gün Bakıda toplanıb.

 

Saat 14:00-da paytaxtın “New Baku” otelində bir araya gələn “ağ-yaşıllar” iki saatlıq istirahətə çəkilib. Daha sonra “Xəzər Lənkəran” “Dalğa Arena”ya yollanaraq məşqə başlayıb. Saatyarım davam edən hazırlıq prossesində Adrian Skarlatake komanda ilə birgə iştirak edib.

 

Qeyd edək ki, zədədən qayıdan rumın futbolçu ilə yanaşı, Tural Cəlilov da artıq sağalaraq heyətə qoşulub. (12cioyucu.info)

0