Əfsanəvi hücumçuya heykəl qoyulacaq
02.03.2015 - 22:19
Əfsanəvi hücumçuya heykəl qoyulacaq

İngiltərə millisinin əfsanəvi hücumçusu və “Nyukasl” tarixində ən yaxşı bombardir olan Alan Şirerə doğma şəhəri Nyukaslda heykəl qoyulacaq. Apasport.az saytının məlumatına görə, bu haqda klubun sabiq idarə heyətinin üzvü Freddi Şepard bildirib.

 

Rəhbərlik onun xidmətlərinə və komandaya verdiyi töhvələrə görə təşəkkür etmək istəyir. Abidənin hündürlüyü 2,75 metr olacaq.

 

Qeyd edək ki, Nyukaslda anadan olan 44 yaşlı mütəxəssis “Sautqempton” (1988-1992), “Blekbörn” (1992-1996) və doğma şəhərinin “Nyukasl” klubununun (1996-2006) formalarını geyinib. O, son komandasının heyətində 10 il ərzində 303 dəfə meydana çıxıb və rəqib qapılarından 148 top keçirib. İngiltərə yığmasında (1992-2000) isə Şirer 63 görüşdən 30 qol vurmağı bacarıb.

0