[b]"Rabitə” Fransadan qələbə ilə qayıdır[/b]
04.03.2015 - 00:57
[b]"Rabitə” Fransadan qələbə ilə qayıdır[/b]

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”u start götürüb. Apasport.az saytının məlumatına görə, avrokubokda yeganə təmsilçimiz bu yarışda ilk görüşünə səfərdə çıxıb. Zoran Qayiçin yetirmələri Fransa “Beziers”i ilə qarşılaşıb. “Rabitə” yarımfinal yolundakı rəqibi ilə cütün taleyini elə Aqdedə həll edib.

 

Belə ki, oyuna yaxşı başlayan Azərbaycan çempionu ilk setdə 25:22 hesabı ilə qalib gəlib. Bunun ardınca meydan sahibləri yerli azarkeşlərin alqış sədalarından ruhlanaraq, komandamıza ciddi müqavimət göstəriblər və çətinliklə də olsa, status-kvonu bərpa ediblər. Lakin gücləri bundan artığına çatmayıb. Növbəti 2 hissədə də güclü olan "Rabitə" ilk dueli 3:1 hesablı qələbə ilə başa vurub.

 

Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması martın 12-nə təsadüf edəcək.

 

 

CEV kuboku

Çelenc raund, ilk oyun

3 mart

“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)

Hakimlər: Omero Satanassi (İtaliya), Xuan Alvares (İspaniya)

Aqde, İdman Sarayı

0