Misir millisi argentinalı mütəxəssisə tapşırıldı
03.03.2015 - 00:03
Misir millisi argentinalı mütəxəssisə tapşırıldı

Misir milli komandasının yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, ölkə futbol assosiasiyası yığmanı argentinalı mütəxəssis Ektor Kuperə tapşırıb.

 

59 yaşlı çalışdırıcı Afrika təmsilçisində aya 50 min dollar alacaq. Lakin Misir millisi DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməsə, Kuperlə yolları ayıracaq.

 

Qeyd edək ki, Kuperin son iş yeri Birləşmiş Ərəb Əmirliyinin "Əl-Vasl" klubu olub. Daha əvvəl o, “Malyorka” və “Valensiya”ya da rəhbərlik edib.

0