4 yığma yenidən birləşir
03.03.2015 - 12:24
4 yığma yenidən  birləşir

2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının futbol yarışında Böyük Britaniya millisi də iştirak edə bilər. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası Braziliyaya birləşmiş komanda ilə yollanmaq üçün ilk addımı atıb.

 

Belə ki, ingilislər Uels, Şotlandiya və Şimali İrlandiya federasiyalarına müraciət edərək, 2012-ci ildə London olimpiadasında olduğu kimi 4 deyil, 1 komanda ilə oynamağı təklif edib. Lakin evdəki yarışlardan fərqli, bu dəfə britaniyalılar seçmə mərhələdən keçməli olacaq. Bunu Böyük Britaniyanın Olimpiya Komitəsi də təsdiqləyib.

 

Qeyd edək ki, Londonda vahid komanda kimi olimpiadaya qatılan futbolun yaradıcıları 1960-cı ildən sonra ilk dəfə belə addım atmışdı.

 

0