[b]AFFA-dan Ramazanova 2, legionerlərə 1 oyunluq cəza[/b]
03.03.2015 - 12:57
[b]AFFA-dan Ramazanova 2, legionerlərə 1 oyunluq cəza[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

“Xəzər Lənkəran” – “Bakı” matçında qırmızı vərəqə alanlarla vağlı qərarlar fərqli olub. Meydan sahiblərinin futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza və 2000 manat cəriməyə məruz qalıb. “Bakı”nın legioneri Giorgios Pelagias isə növbəti oyunu buraxacaq. Paytaxt təmsilçisi 200 manat ödəməlidi.

 

“Qarabağ”la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimələnib. “İnter”lə qarşılaşmanın 88-ci dəqiqəsində meydandan qovulan “Simurq”un əcnəbi oyunçusu Marko Stanojeviç 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.

 

 

0