Qriqorçuk milli üzvlərinin xidmətindən yenə məhrumdu
03.03.2015 - 13:07
Qriqorçuk milli üzvlərinin xidmətindən yenə məhrumdu

“Qəbələ” Premyer Liqada əsas rəqiblərindən olan “Simurq”la kubok matçına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində “Simurq”u qəbul edəcək “qırmızı-qaralar” bu gün son məşqə çıxacaqlar.

 

Baş məşqçi Roman Qriqorçuk bu dəfə də tam heyəti meydana buraxa bilməyəcək. Çünki müdafiəçi Ruslan Əmircanov və yarımmüdafiəçi Rəşad Sadiqov hələ də zədələrini tam sağaltmayıblar. Hər iki futbolçu “Simurq”la ilk görüşdə meydana çıxa bilməyəcək. Onlardan fərqli, zədədən yenicə qayıdan və kollektivlə son məşqlərdə iştirak edən millimizin digər üzvü Cavid Hüseynovun iştirakı isə sual altındadı.

 

Qeyd edək ki, “Qəbələ” – “Simurq” oyunu sabah saat 19:00-da başlayacaq.

0