AFFA Mətləb Məmmədovun cəzasını yüngülləşdirdi
03.03.2015 - 14:53
AFFA Mətləb Məmmədovun cəzasını yüngülləşdirdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.  Apasport.az saytının məlumatına görə, yığıncaqda Bakının “İnter” və İmişlinin “Mil-Muğan” klublarının şikayətinə baxılıb.

 

Paytaxt təmsilçisi futbolçu Sezar Meza Kolli və  məşqçi Miloş Yevtiçlə bağlı İntizam komitəsinin çıxardığı qərarlardan narazı olsa da, Apellyasiya və Ekspert Komitəsi qərarları qüvvədə saxlamağı lazım bilib.

 

“Mil-Muğan”ın keçmiş baş məşqçisi Mətləb Məmmədovun cəzası ilə bağlı müraciət isə müsbət həllini tapıb. Belə ki, AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılıb, digər  6 aylıq cəzadan isə 1 illik  sınaq müddəti təyin olunmaqla azad olunub. Bu sınaq müddəti ərzində Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.

 

0