[b]Nigeriyalı futbolçu: Azərbaycana qalib gəlməklə...[/b]
03.03.2015 - 15:58
[b]Nigeriyalı futbolçu: Azərbaycana qalib gəlməklə...[/b]

“10 ildi Maltada yaşayıram və buralı qızla evlənmişəm. Artıq vətəndaşlığı da qəbul etmişəm. Odu ki, Malta yığmasının formasını geyinə bilərəm. Dəvətin gələcəyinə əminəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Malta mətbuatına açıqlamasında Alfred Effionq deyib.

 

Əslən nigeriyalı olan və bu yaxınlarda Malta vətəndaşlığını qəbul edən 30 yaşlı forvard millidən dəvət gözləyir.

 

Effionq AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu ay yığmamızla keçiriləcək qarşılaşmada forma geyinmək arzusundadı: “İnanıram ki, Malta millisinin məşqçilər korpusu mənə dəvət göndərəcək. Martın 25-də Gürcüstanla yoxlama, 3 gün sonra isə Azərbaycanla rəsmi oyunda iştirak etmək istərdim. Əfsuslar olsun ki, bu mövsüm “Qormi”nin heyətində çox qol vurmamışam. Amma həmin görüşlərdə Malta yığmasına xeyrim dəyə bilər. Seçmə mərhələdə 4 oyundan sonra cəmi 1 xalımız var. Bunu yaxşı göstərici saymaq olmaz. Azərbaycana qalib gəlməklə, xallarımızın sayını 4-ə çatdıra bilərik”.

 

Malta mətbuatı Effionqun Azərbaycanla oyunöncəsi milliyə dəvət alacağını yazır. Cəzalı durumda olan Maykl Mifsudun yoxluğunda baş məşqçi Petro Qedin boşluğu məhz bu futbolçunun hesabına doldurmaq niyyətindədi.

 

Qeyd edək ki, Azərbaycan – Malta matçı martın 28-də, “Bakcell Arena” stadionunda keçiriləcək. 

0