[b]Skarlatake nə vaxt oynayacaq?[/b]
03.03.2015 - 16:28
[b]Skarlatake nə vaxt oynayacaq?[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” qarşılaşmaya hazırlığı tamamlayıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın yalnız bir futbolçusu son məşqi kollektivdən ayrı keçib.

 

Uzunmüddəli zədəsini sağaltmasına baxmayaraq, dönüşünü qeyd etməmiş dünənki məşqdə yenidən ayağında ağrılar hiss edən Manuel Skarlatake bu gün fərdi qaçışla kifayətlənib. Klubdan saytımıza verilən informasiyaya əsasən, rumıniyalı müdafiəçi sabahkı kubok oyunu ilə yanaşı, Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Qarabağ”la martın 8-dəki səfər matçını da buraxacaq. Həkimlər Skarlatakenin “İnter”lə kubokun cavab görüşünə yetişəcəyini söyləyib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” “İnter”lə kubokun cavab qarşılaşmasını martın 13-də keçirəcək.

0