[b]Qriqorçuk, Qurbanovun məşqçisi və əfsanəvi xorvat[/b] - FOTO
03.03.2015 - 17:13
[b]Qriqorçuk, Qurbanovun məşqçisi və əfsanəvi xorvat[/b] - FOTO

Avropanın baş məşqçi fəaliyyətini davam etdirən ən yaşlı çalışdırıcısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Xorvatiyanın “Hayduk” klubuna rəhbərlik edən Stanko Poklepoviçi qitənin ən qocası elan edib.

 

Azərbaycan yığmasının milliləşən futbolçusu Ruslan Qurbanovun icarə əsasında çıxış etdiyi Split təmsilçisini çalışdıran “ağsaqqal”ın 77 yaşı var. Bir müddət əvvəl “Hayduk”un “sükanı arxasına” keçən mütəxəssis 4-cü dəfə bu posta sahib olub.

 

Müqayisə üçün Topaz Premyer Liqasının ən yaşlı çalışdırıcısının 50 yaşı olduğunu qeyd edək. Bu rekordçu isə “Qəbələ”nin ukraynalısı Roman Qriqorçukdu.

 

Poklepoviç “Hayduk”un baş məşqçisi təyin olunub, ən qoca ünvanına yiyələnməsindən az əvvəl istefa verən digər xorvatiyalının rekordu da diqqət çəkir. Belə ki, əfsanəvi Miroslav Blajeviç yanvarın ilk günlərində “Zadar”dan ayrılmaqla, ötən ay 80 illik yubileyini işsizlikdə qeyd edib.

 

0