Dani Alveşin “Barselona”dakı taleyinə aydınlıq gəldi
03.03.2015 - 17:46
Dani Alveşin “Barselona”dakı taleyinə aydınlıq gəldi

“Barselona”nın sağ cinah müdafiəçisi Dani Alveşin komandada qalıb-qalmayacağına aydınlıq gəlib. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu komandada qalmaq qərarına gəlib.

 

Kataloniya klubu rəsmiləri ilə görüşən 32 yaşlı futbolçu artıq yeni birillik müqavilə imzalamağa razılıq verib. Alveşin cari mövsümün sonuna qədər olan müqaviləsini gələn həftə 2016-cı ilin yayına qədər uzatması gözlənilir.

 

Qeyd edək ki, Dani Alveş “Barselona”ya 2008-ci ildə “Sevilya”dan transfer edilib.

0