Pep Qvardiola İngiltərə klubu ilə danışığa başladı
03.03.2015 - 18:30
Pep Qvardiola İngiltərə klubu ilə danışığa başladı

“Mançester Siti” klubunun rəhbərliyi yeni baş məşqçi axtarışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” indi də “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola ilə danışığa start veriblər.

 

İngilislər Qvardiolanın mövsümün sonunda “Mançester Siti”nin “sükanı arxası”na keçəcəyini iddia edirlər. Hazırda tərəflər arasında danışıq gedir. Qvardiola razılıq versə, yaydan etibarən “Mançester Siti”n çalışdıracaq.

 

Qeyd edək ki, həmin posta Madrid “Real”ının baş məşqçisi Karlo Ançelottinin də adı hallanırdı.

0