[b]Premyer Liqanın bombardiri: Sona qədər birinci olmalıyam[/b]
03.03.2015 - 18:58
[b]Premyer Liqanın bombardiri: Sona qədər birinci olmalıyam[/b]

“Əslində cari mövsümdə imza atdığım qolların sayı 11 yox, 12 olmalıdı. Çünki “Xəzər Lənkəran”a vurduğum birinci qol da qaydalar çərçivəsində vurulmuşdu. Orda ofsayddan söhbət gedə bilməzdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın hücumçusu Nurlan Novruzov deyib.

 

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Xəzər Lənkəran”la matçda Novruzov iki qol vursa da, ilk epizodda hakim ofsayd qeydə almışdı. Bu qərarla razılaşmayan Nurlan qolu qaydalar çərçivəsində vurduğunu bildirib: “Vallah, təmiz qol idi. Top ayaqdan çıxan məqama baxsanız, rəqib müdafiəçidən arxada olduğumu görərsiz. Amma hakimi də qınamaq olmaz. O da insandı, səhv edə bilər. İnşallah, bir də belə səhvə yol verməz”.

 

Bombardirlər cədvəlinə 11 qolla başçılıq edən gənc futbolçu sona qədər liderliyini qorumaq iddiasındadı: “Mənə qollarımın davamını gətirmək lazımdı. Əfsuslar olsun ki, haqlı qolum sayılmadı. Amma eybi yox. Bombardirlər yarışında sona qədər birinci olmalıyam. Bunun üçün əlimdən gələni edəcəm”.

0