[b]“Volfsburq”un hücumçusu Ronaldo və Messini keçdi[/b]
03.03.2015 - 20:33
[b]“Volfsburq”un hücumçusu Ronaldo və Messini keçdi[/b]

“Volfsburq”un hücumçusu Bas Dost Avropa çempionatlarının ən yaxşı bombardirlərinin reytinq cədvəlinə başçılıq edir. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu Almaniya Bundesliqasının son turu çərçivəsində “Verder”lə səfər görüşündə (3:5) dubl edərək, zirvəni ələ keçirib.

 

Ümumilikdə 13 qol vuran hollandiyalı oyunçu son 4 ölkə çempionatında 9 dəfə fərqlənib. Dost orta hesabla bir qola 63 dəqiqə sərf edib ki, “Real”ın hücumçusu Kriştianu Ronaldonu geridə qoyub - 65 dəqiqə.

 

“Barselona”nın forvardı Lionel Messi ilə “Napoli”nin futbolçusu Duvan Zapata 3-4-cü yerlərdə qərarlaşır. Hər iki oyunçuya 82 dəqiqə lazım olub.

0