“Milan”dan Montellaya 2 milyonluq təklif
03.03.2015 - 22:23
“Milan”dan Montellaya 2 milyonluq təklif

“Fiorentina”nın baş məşqçisi Vinçenso Montella “Milan”ın çalşdırıcısı Filippo İnzaqini əvəz edə bilər. Apasport.az saytının məlumatına görə, “rossonyerlər”in rəhbərliyi artıq 40 yaşlı mütəxəssisə rəsmi təklif də göndəriblər.

 

İtaliya mətbuatı iddia edir ki, “Milan” Montellaya ilinə 2 milyon dollar verməyə hazırdı.

 

Qeyd edək ki, İnzaqi 2014-cü ilin yayından “Milan”a rəhbərlik edir. “Rossonyerlər” 25 turdan sonra A seriyasının turnir cədvəlində 34 xalla 10-cu pillədə yer alır.

0