“Simurq” hazırlıqları tamamladı
04.03.2015 - 00:35
“Simurq” hazırlıqları tamamladı

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq” səfərdə "Qəbələ"nin qonağı olacaq. Apasport.az saytının məlumatına görə, Avroliqaya getmək yolunda əsas rəqibi ilə oyuna hazırlıqları komanda ötən gün tamamlayıb.

 

Qarşılaşmanın keçirələcəyi meydançada son məşqini edən Zaqatala təmsilçisi, oyunöncəsi çalışmaya isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət tapşırıqlarla davam edib. Üç qrupa bölünərək "kvadrat" oynayan “Simurq” məşqi itirəfli oyun və qapıya zərbələrlə tamamlayıb.

 

Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da start götürəcək və qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. 

0