[b]“Qalatasaray” Subaşiçin komandasını darmadağın etdi[/b]
04.03.2015 - 01:11
[b]“Qalatasaray” Subaşiçin komandasını darmadağın etdi[/b]

Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Superliqanın lideri “Qalatasaray” doğma publika önündə millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Manisaspor”la qarşılaşıb.

 

“Cim-Bom” serb əsilli azərbaycanlı futbolçunun komandasını 4 cavabsız qolla məğlub edib. Görüşdə Subaşiç 46-cı dəqiqədən mübarizəyə qoşulub.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu aprel ayının 8-də baş tutacaq.

 

 

Türkiyə kuboku

1/4 final, ilk oyun

03 mart

“Qalatasaray - “Manisaspor” – 4:0

Qollar: Cemaili, 34, Əmrə, 40-pen, Pandev, 68; 88 

0