[b]“Neftçi” “İnter”i Bakıxanova aparır[/b]
04.03.2015 - 11:30
[b]“Neftçi” “İnter”i Bakıxanova aparır[/b]

Topaz Premyer Liqasının XXV turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, həftəsonu keçiriləcək turun bütün matçları eyni gündə baş tutacaq.

 

Martın 8-də təşkil olunacaq tura mərkəzi oyunla start veriləcək. Liderin iki ən yaxın izləyicisi “Neftçi” və “İnter” arasında qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Hərçənd “ağ-qaralar” ev oyunlarını adətən “Bakcell Arena”da keçirir. Günün son oyunu isə Qəbələdə eyniadlı komanda ilə “Sumqayıt” arasında olacaq.


XXV tur

8 mart (bazar)

15:00. “Neftçi” – “İnter”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

16:00. AZAL – “Bakı”
AZAL Arena

 

17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

 

0