“Kubok Avropaya getmək üçün həm asan, həm də çətin yoldu” - FOTO
04.03.2015 - 13:23
“Kubok Avropaya getmək üçün həm asan, həm də çətin yoldu” - FOTO

“Ölkə kuboku Avropaya getmək üçün həm ən asan, həm də ən çətin yoldu”. Bu sözləri apasport.az saytına “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter” bu gün “Xəzər Lənkəran”ı qəbul edəcək. “Bankirlər”in üzvü “Xəzər Lənkəran”a yuxarıdan aşağı baxmadıqlarını bildirib: “Düzdü, “Xəzər Lənkəran”ın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Amma kubok oyunları tam fərqli olur. Mərhələnin taleyini iki oyunun nəticəsi həll etdiyi üçün hər şey ola bilər. Rəqib bir qol vurub, matçdan qalib ayrıla bilər. Bu, çempionat kimi uzun marafon yox, 180 dəqiqəlik mübarizədi. Bu üzdən də rəqibin kimliyindən və gücündən asılı olmayaraq, ciddi hazırlaşmalıyıq. Təbii ki, hədəfimiz finala qədər irəliləmək olduğundan qələbə qazanmalıyıq”.

 

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu saat 17:00-da başlayacaq.

0