“Qəbələ”dən ayrıldı, Protasovu əvəzlədi - FOTO
04.03.2015 - 14:17
“Qəbələ”dən ayrıldı, Protasovu əvəzlədi - FOTO

“Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısında “qırmızı-qaralar”la yolları ayrılan 47 yaşlı mütəxəssis Rumıniyanın “Astra” klubunun “sükanı arxasına” keçib.

 

Rumıniyalı çalışdırıcı bu postda tanınmış ukraynalı mütəxəssis Oleq Protasovu əvəzləyib. Belə ki, ukraynalı ilə vidalaşan “Astra” onu yerli mütəxəssislə əvəzləməyi lazım bilib.

 

Qeyd edək ki, 2014-cü ilin yayında “Qəbələ”nin baş məşqçisi təyin olunan Muntyanu qış fasiləsinə 3 tur qalmış postundan ayrılmışdı. Cəmi 3 ay məşqçilikdən kənar qalan çalışdırıcı yenidən fəaliyyətini vətənində davam etdirəcək.

0