Qurban Qurbanov: Oyunçularda istər istəməz yorğunluq hiss olunur
04.03.2015 - 19:37
Qurban Qurbanov: Oyunçularda istər istəməz yorğunluq hiss olunur

“Azərkeşlər üçün hardasa maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”nı darmadağın etmələrindən danışıb: “Çox qollar gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdı. Oyunçularda istər istəməz yorğunluq hiss olunur. Biz çalışırıq hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindi. Amma buna baxmayaraq həm məşqçi, həm gənc oyunçuları ürəylə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram". (pfl)

0