“Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür”
04.03.2015 - 20:02
“Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür”

“Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma publika önündə “Xəzər Lənkəran”a 260 hesabı ilə qalib gəlmələrinə şərh verib: “Kubok titula gedən ən qısa yoldur. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir. “Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar. Rəqibin səhvlərindən yararlandıq. Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, oyunun əvvələri çətin keçəcək”. (pfl)

0