[b]Tərlan Əhmədov: Futbolçulardan sırf nəticə tələb etmişdim[/b]
04.03.2015 - 20:26
[b]Tərlan Əhmədov: Futbolçulardan sırf nəticə tələb etmişdim[/b]

“Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

 

Gənc çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərədə “Neftçi” ilə 0:0 hesabı ilə heç-heçə etmələrindən danışıb: “Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdü, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdü, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdu”.(pfl) 

0