[b]İspaniya Kral kubokunun finalçıları bəlli oldu - YENİLƏNİB[/b]
05.03.2015 - 02:49
[b]İspaniya Kral kubokunun finalçıları bəlli oldu - YENİLƏNİB[/b]

İspaniya Kral kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, artıq finalçılar bəlli olub.

 

Belə ki, açılış matçında azarkeşlər “Vilyarreal” – “Barselona” oyununu izləyiblər. İlk görüşdə Luis Enrikenin yetirmələri “Nou Kamp”da rəqibini 3:1 hesabı ilə məğlub etdiyindən səfərdə meydana üstünlüklə çıxıb. Kastelon təmsilçisi isə asan təslim olmaq niyyətində deyildi. Lakin “Barsa” yenə eyni hesabla (1:3) qalib gələrək, adına finala yazdırıb.

 

Digər oyunda isə Kataloniya klubunun digər təmsilçisi “Espanyol” doğma publika önündə “Atletik”i sınağa çəkib. Bilbaoda baş tuatan ilk qarşılaşmada qalib müəyyənləşmədiyindən hər iki komandanın şansı yüksək idi. Basklar 2 cavabsıq qolla ev sahiblərindən üstün olaraq, həlledici mərhələdə “Barselona”ya rəqib olub.

 

 

İspaniya Kral kuboku

Yarımfinal, cavab oyunları

04 mart

“Vilyarreal” – “Barselona” - 1:3

Qollar: dos Santos, 39 - Neymar, 4; 88, Suares, 74

İlk oyun - 1:3

 

"Espanyol” – “Atletik” - 0:2

Qollar: Aduris, 13, Etxeyta, 42

İlk oyun - 1:1

0