[b]“Bilsəm ki, danışılmış oyundu, meydana çıxmaram” [/b]- MÜSAHİBƏ
05.03.2015 - 00:02
[b]“Bilsəm ki, danışılmış oyundu, meydana çıxmaram” [/b]- MÜSAHİBƏ

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə AZAL-ın müqavimətini qıra bilməyən “Neftçi” klubunun müdafiəçisi Karlos Kardosonun apasport.az saytına müsahibəsi

 

- 0:0 hesabı ilə bitən qarşılaşma hansı komanda üçün sərfəli nəticə hesab edilə bilər?

- Bu nəticənin bizim də xeyrimizə olduğunu düşünürəm. Düzdü, rəqib meydanının örtüyü süni örtüklüdü, orda oynamaq çətindi. Əslində, cütün taleyini bu gün də həll etmək olardı. Lakin meydanda bir-birinə öyrəşməyən futbolçular yer almışdı. Baş məşqçi bəzi futbolçulara istirahət vermişdi. Gözləyək, görək cavab oyunu necə alınacaq.

 

- Həftəsonu “İnter”lə vacib oyununuz var. Kubokun cavab oyunuöncəsi bu cür güclü rəqiblə qarşılaşmaq işinizi çətinləşdirməyəcək?

- Həmin qarşılaşma bizim üçün çox vacibdi. Qalib gəlib, ikinci pilləyə yüksələ bilərik. Çempionatın başa çatmasına 10-dan artıq oyun qalıb. Riyazi baxımdan şansımız qalırsa, inanmaq lazımdı.

 

- Bu inam “Qarabağ”ın xal itkisindən sonra yaranıb?

- Niyə ki? Bizim şansımız davam edir. Hər şeyə peşəkarcasına yanaşmaq, sona qədər mübarizə aparmaq lazımdı. Biz də şansımızı sona qədər qovacağıq.

 

- Reallığı nəzərə alsaq, çempion olmaqdan çox, kuboku qazanmaq mümkündü. Əgər titul qazana bilməsəniz, bu, sizin üçün fiasko sayıla bilər?

- Hələ heç nə itirilməyib. Yadınızdadırsa, ötən il kubok matçında “Rəvan”la öz meydanımızda 1:1 hesablı heç-heçə etdik. Amma səfərdə onları məğlub edib, mərhələ adladıq. “Neftçi”nin AZAL-ı udacaq gücü var. Yeganə problemimiz süni örtüklə bağlıdı.  

 

- Oyundan əvvəl nəticə ilə bağlı müəyyən söz-söhbət yayılmışdı. Deyilənlərə görə, kubokda mərhələni AZAL keçəcək. Buna inanmaq olarmı?

- Bunu indi eşidirəm. Meydana qələbə qazanmaq üçün çıxmışdım. Bilsəm ki, danışılmış oyundu, heç meydana çıxmaram. İnanmıram ki, “Neftçi” belə bir yola əl atsın.

 

- Meydanda çox aqressiv görünürsünüz. Səbəbi nədi?

- İlk gündən beləyəm. Bura gələndən də belə oynayıram. Əgər komandamız qol buraxmayıbsa, deməli, meydanda yaxşı işləmişəm, komandamız yaxşı oynayıb.

 

0