“Borussiya”nın heyətində ciddi itki
05.03.2015 - 00:04
“Borussiya”nın heyətində ciddi itki

Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “sarılar”ın hücumçusu Marko Roys zədələnib.

 

Almaniya kubokunun 1/8 final matçında “Drezden”lə görüşdə zədələnib və həkimlərin köməyi ilə meydanı tərk etmək məcburiyyətində qalan millinin üzvü dizində ağrılar hiss edir. Lakin 25 yaşlı furbolçu Bundesliqanın XXV turunda “Hamburq”la oyunda meydana çıxa bilər. Əgər martın 5-də baş tutacaq qarşılaşmaya qədər Roys özünü yaxşı hiss edərsə, komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, “Borussiya” “Drezden”i səfərdə 0:2 hesabla məğlub edərək, adını 1\4 finala yazdırıb.

0